Azərbaycanın tanınmış aktrisası Nigar Bahadırqızı gəlin köçdü.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, Türkiyə vətəndaşı Ersel Aktarla ailə həyatı quran aktrisanın toyu dünən baş tutub.
Toy məclisində aktrisanın sənət yoldaşları və dostları iştirak edib.
Cütlük keçən ilin aprel ayında nişanlanıb. Nigar Bahadırqızının xınayaxdı mərasimi 24 yanvarda olub.
Nigar Bahadırqızının sevib-seçdiyi şəxs özündən 16 yaş böyükdür. Aktrisanın 26, Ersel Aktarın isə 42 yaşı var.
Azərbaycan tamaşaçısının film və seriallardan tanıdığı Nigar Bahadırqızı Gənc Tamaşaçılar Teatrının aktrisasıdır.
E.Ə.
www.oxu.az