Bir müddət əvvəl yerli mediada azərbaycanlı aktrisa Pərvin Abıyevanın oynayacağı obraz üçün başını keçəl etdirməsi ilə bağlı xəbər yayılmışdı.
Oxu.Az xəbər verir ki, gənc aktrisa bu barədə yalan məlumat verdiyini İnstagram hesabında etiraf edib:
““Keçəl” şəklimi elə-belə paylaşdım. Bu qədər marağa səbəb olacağını düşünmədim. Qrim idi. Kənardakıların fikirlərini öyrənmək üçün səssiz qaldım. Belə qrimi Azərbaycanda edən yoxdur. Türkiyəli qrim ustası Mehtab Saltıkı gətirdik. Bu imicimi “Yarım dünya” filmində görəcəksiniz. Həmin görünüşüm 4 saata hazır oldu. Çox çətinliklər çəkdik. Apreldə hamını bu filmə baxmağa dəvət edirəm. Onu da deyim ki, əgər lazım gəlsəydi, rol üçün gözümü qırpmadan saçımı keçəl etdirərdim”.
Aytən Sadıqzadə