Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanlı aktrisa hədəfini açıqladı: “Zen buddist olmaq istəyirəm”
Türkiyədə yaşayan Azərbaycan əsilli aktrisa Nəsrin Cavadzadə zen buddist olmaq istədiyini açıqlayıb.
Aktrisa bu barədə “Hello” jurnalına müsahibəsi zamanı bildirib.
“Qarşıma qoyduğum hədəflər arasında zen buddist olmaq var. Nəfəs al və ver, bunun fərqində ol, yaşamaqdan sevinc duy. Zarafat bir yana, hüzurlu, sağlam və xoşbəxtsənsə, çox az şeyə ehtiyac duyursan. Çılğın hədəflərim yoxdur”, - deyə aktrisa qeyd edib.
O, müsahibəsi zamanı həmçinin çalışqan, mərhəmətli və vicdanlı bir qadın olduğunu vurğulayıb.
“Heç zaman bir qrupun parçası olmadım, kollektiv şəkildə hərəkət etmək məni cəzb etmir. Fərdi hərəkət edən biriyəm. Səhvlərim hər zaman gözümə dəyir. Özümə qarşı çox amansızam”, - deyə N.Cavadzadə vurğulayıb.
Qeyd edək ki, zen buddizmi anlayışlardan və sözlərdən daha çox, mənanın üzərində dayanır. Zen buddizmi inanca olduğu qədər, meditasiyaya və fərdi təcrübəyə verdiyi əhəmiyyətlə digər buddist məktəblərindən fərqlənir. Reinkarnasiya faktı və anı yaşamanın əhəmiyyətli olduğuna diqqət çəkilir.
Mənbə: Posta
"Nəsrin Cavadzadə" teqi üzrə xəbərlər
- Türkiyədə yaşayan azərbaycanlı aktrisadan arzuladığı kişi ilə bağlı açıqlama: "Ən sürətli kimdirsə"
- Nəsrin Cavadzadə "Tərəkəmə" rəqsi ilə diqqət çəkdi
- Azərbaycanlı aktrisa geyimi ilə Türkiyədə keçirilən tədbirdə diqqət mərkəzinə düşdü - FOTO/VİDEO
- Azərbaycanlı aktrisa ilə sevgilisinin ayrılıq səbəbi bəlli oldu
- Nəsrin Cavadzadə Türkiyədə ev aldı - FOTO
Rəylər