Tanınmış aktrisaya itki üz verdi.
Oxu.Az AZXEBER.COM-a istinadən xəbər verir ki, tanınmış azərbaycanlı aktrisa, hazırda türkiyədə yaşayan Məlahət Abbasovanın dayısı rəhmətə gedib.
Bu barədə Məlahət Abbasovanın özü məlumat verib:
“Bu dəqiqələrdə dayım, tanınmış jurnalist Eldar İbrahim Bolqarıstanda dünyasını dəyişdi”.
Qeyd edək ki, 66 yaşında dünyasını dəyişən idman jurnalisti Eldar İsmayılovun təşəbbüsü ilə 2011-ci ilin oktyabrında MDB məkanında ilk dəfə Bakıda Avropa İdman Mediası İttifaqı - UEPS İcraiyyə Komitəsinin toplantısı keçirilmişdi. Bir neçə ay əvvəl isə paytaxtımızda UEFA on yeddi yaşlı qızlar arasında dünya çempionatı zamanı Dünya İdman Jurnalistləri Birliyi - AİPS İcraiyyə Komitəsi yığıncağı təşkil olunmuşdu.