Türkiyə istehsalı olan “Tərk edilmiş” dram filminin tizeri yayımlanıb.
Oxu.Az xəbər verir ki, filmin rejissoru Korhan Uğurdur. Ekran əsəri Suriya müharibəsində qaçqın düşərək, Türkiyəyə sığınan və aclıqdan qurtulmaq üçün böyrəyini satan qadının həyatından bəhs edir.
Baş rollarda azərbaycanlı aktyorlar Könül Nağıyeva və Kamran Ağabalayev çəkiliblər.
Qeyd edək ki, filmin premyerası gələn ilin mart ayına planlaşdırılır.