Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Sabah Azərbaycanda 15 dərəcəyədək isti olacaq
Oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən xəbərə görə, mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 6-8, gündüz 12-15 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında isə sabah gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, ayrı-ayrı şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 5-8, gündüz 10-15, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 4 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.
"Abşeron rayonu" teqi üzrə xəbərlər
- 28 May qəsəbəsində evlərə dolan suyun çəkilməsinə başlandı
- Abşeronda avtomobilində narkotik vasitə daşıyan şəxs saxlanılıb
- İşlədiyi şirkətin 75 min manata yaxın pulunu mənimsəyən satış təmsilçisinə şərti cəza verildi
- Abşeronda üç nəfərə otuz min manatdan çox ziyan vuran şəxslər SAXLANILDILAR
- Polis Abşeron və Ucarda 30 kq narkotik aşkarlayıb