Aparıcı Anar Cəfərov “Xəzər” televiziyasında nümayiş olunacaq yeni seriala çəkilir.
Bu barədə Oxu.Az-a teleaparıcı özü məlumat verib.

“Tələbələrin həyatından bəhs edən “İmtahan” adlı yeni serialda Səid obrazını canlandıracağam. Ekran əsərində Azərbaycanın gənc, həm də tanınmış aktyor və aktrisaları rol alacaq. Onlar arasında Sənan Əlləz, Cövdət Şükürov və digərləri var.
Çəkilişlər bu gündən başlayıb. İnanıram ki, cavan nəsil üçün ilk maraqlı serial olacaq”.

Sözügedən serialın rejissoru Ramin Nəbiyevdir.

Qeyd edək ki, aparıcı bundan əvvəl “Cehizsiz gəlinlər” serialında rol alıb.

Nabrandan yenicə istirahətdən qayıdan teleaparıcının yeni fotoşəkillərini təqdim edirik.

:640.jpeg)


:640.jpeg)

Aytən Sadıqzadə
www.oxu.az