“Space” televiziyasında yayımlanan “Hər bir havada” verilişinin aparıcısı Aytən Əlizadənin səhhəti ağırdır. Bu barədə onun bacısı aparıcının öz Facebook səhifəsində yazıb.
Oxu.Az xəbər verir ki, bacısının yazdığına görə, Aytən xanımın həyatda qalması üçün ona təcili qan (1RH+) lazımdır.
Amma sonradan məlum olub ki, əslində bu, 1 aprel zarafatıdır və aparıcı özü pərəstişkarlarını aldadıb (publika.az).