Fransada caz akademiyasına qəbul olunmuş yeganə azərbaycanlı cazmen, bəstəkar və pianoçu, virtuoz Etibar Əsədli ilklərə imza atmaqda davam edir.
Oxu.Az xəbər verir ki, bu dəfə o, musiqi sahəsində çox ciddi, bir o qədər də əyləncəli üsluba müraciət edib.
Belə ki, musiqiçi danışıq səslərini nota köçürüb, pianoda ifa edir. Etibar layihəsini gerçəkləşdirmək üçün son zamanlar telefonlarda yayılan əsəblə qışqıran qadın səsinə müraciət edib.
Gənc pianoçu Oxu.az-a bildirib ki, bu, kifayət qədər mürəkkəb və dünya musiqi təcrübəsində geniş yayılmış üslubdur. Azərbaycanlı musiqiçilər arasında isə bu yenilik yalnız ona məxsusdur.
Pərviz Hüseyn
www.oxu.az