Türkiyənin ən məşhur yarışmalarından olan “O səs Türkiyə”nin ötən günki buraxılışına Azərbaycandan gələn istedadlı gənclər damğa vurublar.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, münsiflər heyətini heyran edənlərdən biri də İsmayıl Quliyev olub.
O, əvvəlcə Orxan Gəncəbayın repertuarından mahnı ifa edib. Nəticədə münsiflər kürsüsündə olanların hamısı ona dönüb. Müğənni Ebru Gündəş “Bu qala daşlı qala” mahnısını ifa etməyə başlayıb. İ.Quliyev səhnədən ona qoşularaq mahnını duet şəklində ifa edib.
Gənc ifaçı digər müğənnilərin fikirlərini bildirməsini gözləmədən “Mən Gökhanı seçirəm” deyib. Lakin aparıcı Acun Ilıcalı ona xəbərdarlıq edərək, digər müğənnilərin də fikirlərini öyrənməli olduğunu deyib. Acunun xəbərdarlığı müğənninin sevincini yarımçıq qoyub.
Belə ki, Gökhan heyran olduğu azərbaycanlı gəncə “İsmayılı buraxmaram. Studiyanı tərk edərəm” deyib.