Azərbaycanın məşhur simaları eyni klipdə yer alıb.
Oxu.Az xəbər verir ki, gənc müğənni Borisin “Aromatik” mahnısına çəkilən ekran işində xalq artisti Aygün Kazımova, əməkdar artist Abbas Bağırov, müğənnilər Günay İbrahimli, Rəhim Rəhimli, Emil Bədəlov, Nazim Pişyari, Yaşar Cəlilov, Aşıq Əli, aparıcılar Afaq Gəncəli, Nərgiz Məmmədova, “Bozbaş Picture”in aktyorları və digərləri kamera qarşısına keçiblər.
Mahnının sözləri Azər Şirinə, musiqi və aranjimanı Tərlan Məmmədhüseynova aiddir. Klipin rejissoru Şəhriyar Əliyev, operatoru Rövşən Nəzirli, prodüseri Kazım Bağırovdur.
Aytən Sadıqzadə
www.oxu.az