Aprelin 26-da paytaxt Bakıda Birinci Avropa Oyunlarının məşəli yandırılacaq.
Oxu.Az xəbər verir ki, daha sonra məşəl bölgələrdə alovlandırılacaq. Mərasimdə “Ulduz elçilər” də iştirak edəcək.
Bu haqda teleaparıcı Hacı Nuran Hüseynov “Günəbaxan” verilişində məlumat verib:
“Ayın 28-də Röya Ayxan Naxçıvanda, 29-da isə mən Lənkəranda məşəli yandıracağıq. Mayda isə Tünzalə Ağayeva Gəncədə məşəli alovlandıracaq”.
Qeyd edək ki, “Bakı-2015” Birinci Avropa Oyunları iyunun 12-dən 28-dək keçiriləcək. 49 ölkədən 6 mindən artıq atlet idmanın 20 növü üzrə mübarizə aparacaq.