1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı azərbaycanlı məşhurlar sosial media hesabında paylaşımlar ediblər.
Oxu.Az sözügedən paylaşımları təqdim edir:
Müğənni Şəbnəm Tovuzlu oğlu Əli ilə fotosunu paylaşaraq “canım oğlum, bu gün sənin bayramındır. Səni mənə bəxş edən Allahıma çox şükür, yaraşıqlı Əlim” şərhini əlavə edib.
Aktrisa Ülviyyə Xəlilbəyli oğlanları Rəsul və Fuad ilə fotosunu paylaşaraq “Rəsulumun ilk, Fuadımın ikinci bayramı. Dünyamı gözəlləşdirənlərim. Bütün körpələri təbrik edirəm, sizsiz bir günümüz olmasın” şərhini əlavə edib.
Müğənni Azad Şabanov isə paylaşımına “mübarəksiniz, mənim ən gözəl duyğularım” şərhini əlavə edib.
Müğənni Xatirə İslam oğlu Emilin uşaqlıq fotosunu paylaşaraq “mənim üçün həmişə körpə balam, Allah səni qorusun” şərhini əlavə edib.
Müğənni Zamiq Hüseynov oğlu Zeynin fotosunu paylaşaraq “ən böyük sevgim” şərhini əlavə edib.
Aparıcı Vüsalə Əlizadə qızı Dilək ilə videosunu paylaşaraq “anasının nəfəsi, balalarımız sağlam, xoşbəxt böyüsün, inşallah” şərhini əlavə edib.
Azərbaycanlı məşhurların övladları ilə maraqlı paylaşımları - FOTO/VİDEO
Dilşad Bəhruzqızı
Rəylər