Azərbaycanlı iş adamı Reza Zarrabla evli olan türkiyəli müğənni Ebru Gündeş ikinci dəfə ana olmağa hazırlaşır.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda sosial şəbəkədə yazıb.
Hazırda həyat yoldaşı və qızı ilə birlikdə Bodrumda istirahət edən Ebru hamiləliyini də orada öyrənib:
“Allahın köməkliyi ilə qızıma bir qardaş gəlir. Sevincimi bölüşən hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, Ebru və Reza cütlüyünün 2 yaşında Alara adlı qızı var. /dc5hur-635xjax3nzn6oy6hero_original.jpg)


www.oxu.az