Bu il ölkədə taxıl istehsalı ötən ilki məhsul yığımınından artıq olub.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, belə ki, ötən il ölkədə 2 mln 800 min ton taxıl istehsal olunmuşdusa bu il 100 min ton artıq taxıl istehsal olunub.
Bu ilin əvvəlində verilən proqnozları da üstələyib. Ancaq bununla belə biz hələ də özümüzü taxıl məhsulları ilə tam təmin edə bilmirik, buna görə də müəyyən hissəsi idxal hesabına təmin ediləcək.
Bir ay öncə isə taxıl biçini ilə bağlı proqnozlar heç də nikbin deyildi. Çünki kombayn çatışmazlığı üzündən çətin vəziyyətdə qalan fermerlər məhsullarını vaxtında biçdirə bilmədiyinə görə zərərlə üzləşirdilər.
Ancaq prezidentin məsələyə birbaşa müdaxiləsindən sonra yeni kombaynların alınması üçün 15 mln manat vəsait ayrıldı. Artıq Finlandiyanın “Sampo 2" şirkətilə müqavilə imzalanıb. Yaxın zamanlarda ölkəyə 150 kombayn gətirələcək.
Kənd təsərrüfatı naziri, İsmət Abasov:
“Bu da Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq əvvəlcədən 10 % ödənilərək qalan hissəsi isə 10 il müddətinə hissə-hissə ödənilərək lizingə götürülə biləcək. Müəyyən hissəsi isə Aqrolizinq Səhmdar Cəmiyyətinin yerli Aqroservis şöbələrinə veriləcək”.
Əkin sahələrini sığortalamayan sahibkarlar təzminat ala bilməyəcək.
Lakin bu il taxıl əkini zamanı problemlərlə qarşılaşan sahibkarların heç də hamısı təzminat ala bilməyəcək. Bu imkandan yalnız cəld tərpənib əkin sahələrini sığortalayanlar yararlana biləcək. Kənd təsərrüfatı naziri, İsmət Abbasov deyir ki, əkin sahələrini vaxtında sığortalamayan sahibkarlar barəsində isə dövlət tərəfindən hələ ki nə bir qərar verilib nə də vəsait ayrılıb. Ona görə də bu məsələ hələ ki açıq qalıb.