Xəbər verdiyimiz kimi, “Fashion Model School by Lyubov Gutorova” model agentliyinin üzvü Cema Hüseynova ailə həyatı qurmağa hazırlaşır.
Oxu.Az 1news-az-a istinadən xəbər verir ki, Cema Hüseynova dünən şəhər VVAQ idarələrindən birində avropalı nişanlısı Zoranla qanuni nikaha girib.
Modelin nişanlısı Zoran əslən Sloveniyalıdır və baş aşpaz işləyir. Cema Zoranla ortaq dostları vasitəsilə tanış olub.
Qeyd edək ki, onların dünən baş tutan nikah mərasimində bütün qonaqlar məclisə ağ geyimdə gəliblər. Bu, bəy və gəlinin öz istəyi olub. Cütlüyün toy mərasimi isə yaxın günlərdə Avropada - bəyin vətənində baş tutacaq.