Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayevanın həyat yoldaşı, türkiyəli aktyor Tolqa Karellə bağlı rezonans doğuran xəbər yayılıb.
Oxu.Az xəbər verir ki, model Sinem Kuyucuoğlu qonaq olduğu “Bəyaz TV”də aktyorun ona narkotik maddə təklif etməsindən danışıb:
“Narkotik maddə istifadə etməyi mənə ilk dəfə Tolqa Karel öyrətdi. O, mənə “Al dadına bax, özünü yaxşı hiss edəcəksən” dedi.
Olanlara görə onu günahlandırmıram. Həmin ərəfədə Dəfnə Coyun ölümü mənə çox pis təsir etmişdi. Hətta özümü körpüdən ataraq intihar etmək istəyirdim”.