Britaniyanın nüfuzlu qəzeti “The Daily Express” Culyet Riksin Bakı şəhərinin heyrətamiz gözəlliklərindən bəhs edən məqaləsini dərc edib.
Oxu.Az oxucularına bu məqaləni təqdim edir:

19-cu əsrin bürünc rəngli daş fasadlı binalarının yanında şüşə və poladdan göydələnlər ucalır.
Binalar vaxtı ilə qədim İpək yolu ilə gələn karvanların dayandığı İçəri şəhərə baxır.
Bakının XII əsrin müdafiə hasarları ilə əhatə edilmiş, Azərbaycan paytaxtının müasir reallıqlarla bəzədilmiş qədim mərkəzi qalaya bənzəyir.
Dəmir pərdənin enməsinə qədər tipik sovet məkanı olan Bakı, indi Dubaya bənzəməyə başlayır.
“Bir dünya yetmir” filminin Ceyms Bond neft buruqları və qurğularının arasından öz BMW-si ilə keçdiyi səhnə, məhz burada - şəhərin kənarında çəkilib.
Dubay stily obrazına son ştrix isə Flame Tower oldu. Bu, üç nəhəng göydələndir, onların birində Fairmont oteli yerləşir, göydələnlər səmaya ucalan üç alov dilimi formasındadır.
Əsasən də gecə saatlarında, bina qırmızı və narıncı rəngə boyananda çox əsrarəngiz görüntü meydana çıxır.
Azərbaycan geoloji təbiətinə görə “Odlar Yurdu” adlandırılır.
Fairmont otelinin içində parlayan foyedə, 600 000 büllur kristaldan ibarət hündürlüyü 60 funt (təxminən 18,28 metr -red) nəhəng çilçıraq var.
Divarların çoxu şüşədəndir, nəticədə şəhərin ecazkar görüntüsündən həzz ala bilərsiniz.

Bu il açılan gecə barı və klubu 28-30-cu mərtəbələrdə yerləşir. Bu yaxınlarda ticarət mərkəzi və Bakıda ilk olan İMAX kinoteatrı da hazır olacaq.
Azərbaycan mətbəxinin xörəklərini dada biləcəyiniz ən yaxşı yer şəhərin mərkəzində yerləşir.
Ağır daş divarla örtülmüş, kiçik kənd daxmasında Təndir-1 yerləşir. Məkan ənənəvi Azərbaycan çörəyinin bişirildiyi daş sobanın şərəfinə adlandırılıb, təndir çörəyini səhər süfrəsində nehrə yağı, bal, qaymaq və pendirlə verirlər.
Burada demək olar ki, qəhvə içən azdır. Adətən xüsusi forması olan armudu adlanan stəkanlara süzülmüş pürrəngi çayı limon və qəndlə içirlər.
Bu forma müasir memarlıq kompozisiyalarında, eləcə də 15 əsr Şirvanşahlar Sarayının divarlarında və 11 əsr məscidinin minarəsində də öz əksini tapır.
Çindən Qərbi Avropaya gedən Böyük İpək yolunda yerləşən ənənəvi karvansaraylarda indi özünəməxsus restoranlar tikilib.
Onların arasında Muğam klub çox böyük yer tutur. Burada naharı xalçalarla bəzədilmiş əncir ağaclarının kölgəsi ilə örtülmüş həyətdə edirsiz.
Biz burada təzə göyərtidən salat, qoyun pendiri, badımcan basdırması, şüyüdlü süzmənin dadına baxdıq, bütün bunlar qoyun ətindən basdırma və nazik lavaşa bükülmüş kababdan öncə süfrəyə verilir. Sonra isə bizə bir az yapışqan və şirin lavaşla çay verildi.
Azərbaycanlılar necə yemək lazım olduğunu bilirlər.
Sonra isə spiralşəkilli pilləkənlərlə 12 əsrə aid Qız qalasına qalxırsız, buradan isə Xəzər dənizinə ecazkar bir mənzərə açılır.
Qalanın aşağı mərtəbəsində gözəl işləməli örtük və şərflər, bilərziklər almaq olar.

Qonşu küçələrdə yerləşən, kiçik köşklərdə alovabənzər parlaq naxışlarla bəzədilmiş xalça və şərflər satılır.
İçəri şəhərin divarları arxasında 19-cu əsrə aid binalar yerləşir, onların çoxu Bakıda ilk neftin çıxarıldığı dövrdə tikilib.
1905-ci ildə ölkə dünya neftinin yarısını istehsal edirdi və yerli neft maqnatları Rokfeller, Rotşild və Nobel kimi zəngin idilər.
İndi isə bu bəzəkli binalarda hökumət idarələri, yaxud da Selin, Tom Ford kimi məşhur dizaynerlərin mağazaları yerləşir.
Bakının ətrafında Azərbaycanın – Odlar yurdu adına uyğun mənbə yerləşir.
Daşlarla döşənmiş həyətdə, atəşpərəstlərin müqəddəs yeri, məbədi 2000 yaşı olan – Atəşgah yerləşir. Məbəd hindli atəşpərəstlər tərəfindən 17-ci əsrdə yenidən quraşdırılıb, bu yaxınlarda isə tamamən bərpa edilib.
Od təbii yolla düz qayanı dələrək çıxır.
Mənim növbəti dayanacağım isə Yanar Dağ oldu. Burada heç bir yanacaq mənbəyi olmayan, bir sıra kiçik ocaqları müşahidə etmək olar. Gecə və gündüz istənilən havada yanan məhz bu ocaqlar atəşpərəstləri heyran edib.
Bu, həm də Bakının gələcəyidir. Çünki bu ərazidə təbii qaz ehtiyatları tapılıb.
Dubay, özünü gözlə.
Culyet Riks.