Türkiyənin Zonquldak vilayətinin Alaplı rayonunda dostları ilə "Gözbağlıca" oyunu oynayan azyaşlı qız təxminən 8 metr hündürlükdən yıxılaraq xəsarət alıb.
Bu barədə Oxu.Az Türkiyə mediasına istinadən xəbər verir.
Məlumata görə, dörd azyaşlı qız birlikdə "Gözbağlıca" oynayarkən onlardan biri təxminən 8 metr hündürlükdəki istinad divarından yıxılaraq üzüm bağına düşüb.
Hadisə yerinə tibbi yardım briqadaları cəlb olunub. Yaralı uşaq xəstəxanaya çatdırılıb. Müalicə altına alınan qızın səhhətinin yaxşı olduğu bildirilir.
Hadisə şahidlərinin sözlərinə görə, uşağın üzüm bağına düşməsi böyük şans olub və daha ağır faciənin qarşısını alıb.
Qızcığazın yıxılması yaşayış binasının təhlükəsizlik kamerasına anbaan əks olunub.