Türkiyədə yayımlanan “Zuhal Topalla” evlilik verilişinə azərbaycanlı model qatılıb.
Oxu.Az xəbər verir ki, Fərid Abdullayev Begüm adlı türkiyəli iştirakçıya namizəd olub.
Həmyerlimiz üç ildir İstanbulda yaşadığını və modellik etdiyini söyləyib. O, verilişin digər azərbaycanlı iştirakçısı, model Əli Əkbərlə illərdir dostluq etdiyini bildirib.
Begüm Fəridi bəyənib və proqramın qaydalarına uyğun olaraq onunla çay içməyə yollanıb.
A.S.
www.oxu.az