Amerikada yaşayan “Ruslana Gee” ləqəbi ilə tanınan azərbaycanlı model, “fashion” bloqer Ruslana Cavadova ingilis dilində yaxşı danışa bilməməsinə və aktyorluq təcrübəsinin olmamasına rəğmən, “Eyforiya” serialının kastinqlərində iştirak edib.
Oxu.Az xəbər verir ki, model narkotik asılılığı olan striptiz işçisi rolunu canlandırmaq üçün Amerikanın “Eyforiya” serialının kastinqlərinə qatılıb.
Bu barədə Ruslana şəxsi “Youtube” kanalında video paylaşıb.
Qeyd edək ki, cazibədar model Ruslana Bakıda anadan olub. Hələ məktəb illəri zamanında o, moda və gözəllik sahələrinə maraq göstərib.
2016-cı ildə Fransa, Ukrayna və Azərbaycanda məşhur moda jurnalı tərəfindən keçirilən illik “L'Officiel” mükafatlarında iki kateqoriyaya - "Ən yaxşı Model" və "Ən yaxşı Moda Bloger" mükafatlarına layiq görülüb.
Cavadova həm də zərgərlik dizayner işi ilə məşğul olur. İstanbulda oxuyan Ruslana daha sonra təhsilini Los-Ancelesdə davam etdirmək üçün okeanın o tayına köçüb.
Hazırda Ruslana Amerikada yaşayır və bloqerlik fəaliyyətini davam etdirir.
Rəşad Əliyev