Sentyabrın 13-də İzmirdə “Miss Exclusive of the World 2014” beynəlxalq top model müsabiqəsinin finalı keçiriləcək.
Oxu.Az-a bu haqda məlumatı hazırda yeni layihələrlə bağlı Türkiyədə olan tanınmış təşkilatçı Aqil Məmiyev verib.
Onun sözlərinə görə, “Miss Exclusive of the World 2014” müsabiqəsində ölkəmizi təmsil edən 22 yaşlı modelimiz Tamilla Həmidova iki gündür ki, ölkəmizi təmsil etmək üçün Türkiyənin İzmir şəhərindədir. Yarışmaya hazırlıq tam sürətlə davam edir.
Promo-aksiyalar 1 dekabrda başladığından müsabiqə iştirakçıları Riqaya 1 həftə əvvəl yollanıblar.
Xatırladaq ki, “Miss Exclusive of the World 2014” müsabiqəsində dünyanın 33 ölkəsindən qızlar iştirak edir. Final Bakı vaxtı ilə saat 23.00-da Kral TV efirində canlı yayımlanacaq.
Aytən Sadıqzadə