Azərbaycanlı model Ləman Əlizadənin toyu olub.
Oxu.Az-ın axşam.az-a istinadla məlumatına görə, model türkiyəli prodüser Sipan Babur ilə ailə qurub.
Cütlüyün ötən gün baş tutan toyuna yaxınları qatılıb. L.Əlizadə Türkiyəyə köçüb, orada yaşayacağını bildirib.
Qeyd edək ki, Ləman və Sipanın nikahı iyunda olmuşdu. Onlar qardaş ölkədə də toy edəcəklər.