Aparıcı və müğənnilik fəaliyyəti ilə məşğul olan daha bir məşhurun evindən körpə səsi eşidildi.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, müğənni Sevinc Ağaşirinovanın oğlu dünyaya gəlib.
O, yeni doğulmuş körpəsi haqda bunları deyib:
“Hazırda özümü tam yaxşı hiss etməsəm də övladım dünyaya gəldiyinə görə çox sevinirəm. Allah hər kəsə bu xoş günü nəsib etsin. Uşaq təzə olub deyə ad qoymamışıq. Hələ ad fikirləşirik, adı yəqin yaxınlarda bəlli olacaq”.
Yeni doğulmuş körpənin çəkisi isə 3 kilo 300 qramdır.
S.Ağaşirinova bir neçə il öncə ailə qursa da boşanıb. İkinci dəfə ailə qurduğu şəxs uzaq qohumudur.