Hollivud ulduzu Ancelina Colinin xərçəng xəstəliyinə tutulması müğənni Aslan Hüseynova yaman pis təsir edib.
Oxu.Az bildirir ki, Aslan Hüseynov Lider telekanalının “Pərdə” verilişinə maraqlı müsahibə verib.
“Ancelina mənim bəyəndiyim, hörmət etdiyim aktrisadır. Bu vəziyyətə düşməyinə çox pis oluram. Onun belə gününü görmək istəməzdim. Xəbəri eşidəndə depressiyaya düşdüm. İmkanım olsa, ona yardım əlimi uzadardım. Heç başqaları kimi şəkillər çəkdirib reklam da etməzdim. Ancelinanın sağalması üçün dua edirəm, hətta xəstəliyinin düzəldiyini eşidəndə qurban da kəsəcəyəm”.

Aytən Sadıqzadə
www.oxu.az