Səhnə görünüşümü itirməyim üçün çayıma hormonal dərmanlar qatılıb.
Oxu.Az xəbər verir ki, bu sözləri ANS TV-də yayımlanan “İncə+” verilişinin qonağı müğənni Şəbnəm Tapdıq deyib. O, bildirib:
“Səhnəyə çıxdığım ilk vaxtlarda o qədər arıq idim ki, hamı mənə skelet deyirdi. Lakin 90-cı illərdən sonra kökəlməyə başladım. Mənə qarşı təxribat törədilib. Həkim deyib ki, çayıma hormonal dərmanlar qatılıb”.
Aparıcının “İnsan yaşa dolduqca artıq çəki alır” söyləməsinə isə müğənni “Mənim atam da, bacım da kök olmayıblar” cavabını verib.
Aytən Sadıqzadə
www.oxu.az