“Ailədə 11 uşağıq. Anam dərzidir. Atam musiqiçi idi. O, klarnet ifaçısı olub. Musiqiçi ailəsində doğulmuşam.10 il əvvəl böyük qardaşım 53 yaşında qan təzyiqindən dünyasını dəyişdi. Onun bir oğlu, bir qızı var. O zamandan sonra anam toy məclislərinə getmir. O gündən anam həyatdan küsdü”.
Oxu.Az xəbər verir ki, bu sözləri Nadir Bayramlı “Xəzər” televiziyasında yayımlanan “5/5” axşam şousunda qonaq olarkən deyib.
Sənətçi ölən qardaşını yada salaraq, onunla bağlı xatirələrini bölüşərkən kövrəlib:
“Böyük qardaşım ingilis dili müəllimi idi. O, bizə atalıq edib. Atam dünyasını dəyişəndən sonra ailənin yükünü qardaşım çəkirdi. Bəlkə də o, bunlara dözə bilmədi, tez vəfat etdi. Qardaşım dünyasını dəyişəndə uşaqları məktəbi bitirməmişdi. Atanın yerini heç kim verə bilməz. Amma əlimizdən gələni edirik ki, qardaşımın övladları acı çəkməsinlər”.
Rəşad Əliyev