Rusiyalı model Olqa azərbaycanlı müğənni Elvin Abbasov tərəfindən qaçırılıb.
Oxu.Az anspress-ə istinadən xəbər verir ki, parapsixoloq Nadim Alixanov Moskvadan yanına gələn pasienti 18 yaşlı model Olqanın gənc müğənni Elvin Abbasov tərəfindən zorla qaçırıldığını bildirib.
Parapsixoloq onun vasitəsilə tanış olan gənclərin sonradan dostlaşdığını deyir:
“Elvin qızın səmimiyyətindən istifadə edərək, sonda öz niyyətini həyata keçirməyi bacarıb”.
Nadim bu xəbəri Olqanın valideynlərinə çatdıranda onlar şok keçiriblər. Xəbəri eşidən qızın ata-anası təcili şəkildə Bakıya gəlməyə qərar veriblər. Onlar bu gün günorta saatlarında təyyarə ilə Bakıya gələcəklər.
Bu məsələ ilə ciddi məşğul olacağını deyən Nadim Alixanov sona qədər gedəcəyini və Elvin Abbasovun cəzalandırılmasına nail olacağını bildirdi.
Lent.az-a müsahibəsində rusiyalı model Olqanı qaçırtmaqda ittiham olunan müğənni Elvin Abbasov ittihamlara belə cavab verib:
“Mən qız qaçırtmamışam. Qız özü mənim yanıma gəlib. İndiki zəmanədə kimi qaçırtmaq olar?”
“Deyirlər ki, mən qız qaçırtmışam, yalandır. Sadəcə, Olqa xanımla sevgiliyik. O, məni sevir. Mənim də ona qarşı istəyim var. Sevdiyi üçün Bakıya gəlib. Olqanı qaçırtmağımdan söhbət belə gedə bilməz. Çünki belə bir şey olmayıb. Şəxsi həyatımıza müdaxilə etməyə kiminsə ixtiyarı yoxdur”.