Rusiyalı opera ifaçısı Anna Netrebko xeyirxah addım atıb.
Oxu.Az Rusiya KİV-nə istinadla məlumat verir ki, müğənni mədəniyyət forumunda iştirak etmək üçün Sankt Peterburqa yollanıb. O, Anatoli Solovyanenko adına Donetsk Milli Opera və Balet teatrına 1 milyon rubl bağışlayıb.
Qeyd edək ki, Anna Netrebko azərbaycanlı tenor Yusif Eyvazovun nişanlısıdır. Cütlük gələn ilin yay aylarında nikah masasına əyləşməyə hazırlaşır.
Xatırladaq ki, Ukraynanın Donetsk şəhəri bu gün separatçıların nəzarəti altındadır.