Məşhur azərbaycanlı opera müğənnisi Yusif Eyvazovun həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebko “Qremmi” mükafatının “Ən yaxşı klassik solo vokal albom” nominasiyasına namizəddir.
Oxu.Az BAKU.WS-ə istinadən xəbər verir ki, A.Netrebko “Verismo” albomu (dirijor Antonio Pappano, Yusif Eyvazov, orkest “Dell Accademia Nazionale Di Santa Cecilia”) ilə bu ad uğrunda mübarizə aparacaq.
Mükafatlandırma mərasimi 2017-ci il fevralın 12-də keçiriləcək.
Qeyd edək ki, 44 yaşlı Anna Netrebko ilə 38 yaşlı Yusif Eyvazov 2015-ci ilin dekabrında ailə qurublar. A.Netrebkonun uruqvaylı bariton Ervin Şottla nikahından 7 yaşlı Tyaqo adlı oğlu var.
A.S.
www.oxu.az