Müğənni Lətifə Soyuöz “Falan filan” adlı mahnısına çəkdirdiyi yeni klipini təqdim edib.
Oxu.Az-ın Qafqazinfo-ya istinadla məlumatına görə, bəstənin söz və musiqisi Günel Sərdarqızına məxsusdur.
Klipin rejissorluğunu Anar Hüseynov öz üzərinə götürüb.
Ekran işi türkiyəli müğənni Hande Yenerin “Sebastian” mahnısına çəkilən kliplə bənzərlik təşkil edir.
Klipdə yer alan səhnələr, qrim, geyim və mahnıda səslənən bəzi sözlərin plagiat olduğu hiss olunur.
Hər iki məşhurun klipini təqdim edirik: