İllərlə gizli qalan sirr İradə İsaqın təqdimatında yayımlanan “Səbəbkar”da açılıb.
Oxu.Az xəbər verir ki, bir zamanlar Azərbaycanın ən məşhur müğənnilərindən biri olan, bu gün də unudulmayan Aydinçikin analığı sən demə tanınmış “qanuni oğru” Zerkalo Klara imiş.
Daha dəqiq desək, Klaranın oğlu Aydinçikin atabir qardaşıdır. Müğənni və qardaşı İsgəndər bəy bu faktı niyə gizlətdiklərini ilk dəfə ATV-nin “Səbəbkar” layihəsində dilə gətiriblər.
Bundan başqa, verilişdə Aydinçikin vaxtı ilə oxuduğu “Elnarə” mahnısı barədə də danışılıb. Verilişin əməkdaşları Elnarənin qaldığı məhəllədə olub (atv.az).
Verilişdən maraqlı anları təqdim edirik: