Müğənni Samirə Allahverdinin həyat yoldaşı ona maşın sürməyi qadağan edib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Samirə Allahverdi ANS-ə maraqlı açıqlama verib. O, həyat yoldaşının ona qoyduğu qadağadan danışıb:
“Bir neçə dəfə yoldaşım həyətdə maşın sürməyi öyrədib. Amma risk edib mənə həvalə etmir. Mənim təhlükəsizliyimə görə narahat olur. Deyir həddindən çox maşın var, sükan arxasında özünü itirə bilərsən. Hara lazım olsa özüm apararam. Mən də deyirəm ki, bu sözləri deyirsənsə mən maşın sürə bilmərəm”.
Söhbət əsnasında o da bəlli olub ki, 2 övlad sahibi olan müğənni uzun illərdir ailəli olsa da hələ də şəxsi evi yoxdur:
“Əslində mənə ev lazımdır deyə indi onu arzulayıram. Şəxsi evim yoxdur”.