Vyetnamın “VTV3” telekanalında yayımlanan “X-Factor” verilişində Azərbaycan əsilli Sevinc Orucovanın ifası münsiflər heyəti və tamaşaçılar tərəfindən bəyənilib.
Oxu.Az xəbər verir ki, ifaçı proqramda atasının azərbaycanlı, anasının isə vyetnamlı olduğunu bildirib. Gənc ifaçının çıxışını bəyənən münsiflər heyətinin hamısı ona 5 bal verib.
Qeyd edək ki, “X-Factor” telelayihəsi ilk dəfə 2004-cü ildə Böyük Britaniyada yayımlanıb. Hazırda dünyanın 20-dən çox ölkəsi verilişin özünəməxsus versiyalarını təqdim edir.