Xəbər verdiyimiz kimi türkiyəli müğənni Sibel Can mayın 30-da və 31-də Şamaxıda otellərdən birinin açılış mərasimində iştirak edəcək.
Oxu.Az xəbər verir ki, məşhur bu gün Bakıya gəlib. O, Heydər Əliyev adına Hava Limanında çəkdirdiyi fotonu İnstaqram səhifəsində yerləşdirib. Daha sonra müğənni Şamaxıya yollanıb.
Qeyd edək ki, Sibel Canla birlikdə səhnəyə müğənni Röya Ayxan, rəqqasə Oksana Rəsulova və türkiyəli ifaçı Dilek Şimşək də çıxacaq.
