Fevral ayında tanınmış müğənni Sevinc Ağaşirinovanın prodüseri Elvin Əlinin həbsi barəsində xəbər vermişdik.
Oxu.Az-ın məlumatına görə, prodüser narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək istintaqa cəlb edilmişdi.
Elvin Əli artıq azadlığa buraxılıb.
Qeyd edək ki, o, prodüserliklə yanaşı teleradio sahəsində də fəaliyyət göstərib. Gənc prodüser ATV telekanalında və 160.3 FM radiosunda da çalışıb.