Maltada yaşayan azərbaycanlı iş adamından prodüser və təşkilatçı Humay Muxtarovaya evlilik təklifi gəlib.
Humay Muxtarova Oxu.Az-a açıqlamasında xəbərin düzgünlüyünü təsdiqləyib:
“Bəli, belə bir təklif olub. Amma mən ailə qurmağa hazır deyiləm. Qəlbimə girmək çox çətin məsələdir. Çünki kişinin diqqəti, fikri mənim üçün önəmlidir. Sevgiyə bağlıyam, sadiqəm. Amma ondan xəyanət və ya yalan görsəm qəlbim sınar. Bu səbəbdən də ona olan hissim bir gün nifrətə çevrilə bilər”.
Qeyd edək ki, H.Muxtarova bir dəfə ailəli olub və bir qız övladı var.
Aytən Sadıqzadə