Rejissor Nail Naiboğlunun həyat yoldaşı dünyasını dəyişib.
Oxu.Az Axşam.az-a istinadla xəbər verir ki, o, xanımının heç bir xəstəlikdən əziyyət çəkmədiyini bildirib.
“Heç bir problemi yox idi. Axşam durduğu yerdə rəhmətə getdi. Nədən olduğunu bilmədik. Məni tək qoydu-getdi”,-deyə o söyləyib.
Qeyd edək ki, N.Naiboğlunun iki övladı var.
A.S.
www.oxu.az