Son zamanlar məşhurlar maraqlı və qeyri-adi fotoları ilə gündəmdə qalmağı bacarırlar.
Bu dəfə böyük səs-küyə səbəb olmuş şəkli reper Qurd öz Facebook səhifəsində paylaşıb.
Oxu.Az xəbər verir ki, reperin bu şəklində masonlara məxsus işarə var.
Bu baradə məlumat almaq üçün gənc reper ilə əlaqə saxladıq. O qeyd etdi ki, onun masonlarla heç bir əlaqəsi yoxdur. Sadəcə reper yaxın günlərdə Şəkiyə gedib və orada “Kanal S” televiziyasında verilişlərin birində qonaq olub.
“Həmin şəkli Şəkidə gördüm, mən incəsənəti qiymətləndirirəm, ona görə də, belə şəkil çəkdirdim”.
Xatıraldaq ki, Qurd təxəllüslü reper sosial şəbəkələrdən “Tapın onu”, “Rəqs edir hər kəs” kimi kliplərindən tanıyırsınız.
