Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Dənizkənarı Milli Parkda dənizdə naməlum kişi meyitinin olması barədə məlumat daxil olub.
Oxu.Az FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin dalğıc-xilasediciləri axtarış-xilasetmə işlərinin aparılması üçün hadisə yerinə cəlb edilib.
Görülən tədbirlər nəticəsində təxminən 30-35 yaşlarında naməlum kişi meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 13:22-də başa çatıb.