Azərbaycanlı oriental rəqqasə Aytən 90 VO 919 dövlət seriyalı, “BMW-X 6” markalı avtomobili ilə görüntülənib.
Oxu.Az-ın Lent.az-a istinadla məlumatına görə, rəqqasə bu avtomobili 55 min dollara alıb.
“Avtomobil həvəskarıyam. Yaxşı idarə etməyi bacarıram. Onu da deyim ki, bu rəngdən Azərbaycanda bir dənədir. O da mənim payıma düşüb. Dubaydan gətizdirmişəm”.
Qeyd edək ki, rəqqasə bu avtomobildən öncə “Lexsus” markalı avtomobil idarə edirdi.
A.S.
www.oxu.az