“O səs Türkiyə” mahnı müsabiqəsinə Ozan Əhmədov adlı azərbaycanlı iştirakçı qatılıb.
Oxu.Az xəbər verir ki, səhnədə gitara ilə “Volare” mahnısını səsləndirən həmyerlimiz münsifləri öz tərəfinə döndərməyi bacarıb.
O, sonda Hadiseni seçib. Hadise isə Ozanın növbəti ifasının sədaları altında rəqs edib.
A.S.
www.oxu.az