Aparıcı Tunay Əliyeva məhkəməyə verilib.
Oxu.Az xəbər verir ki, bu addım Azercell şirkəti tərəfindən atılıb:
“Azercell məni məhkəməyə verib, xəbərim olmayıb. Mənə icra şöbəsindən məktub gəlib ki, 149 manat cərimənizi ödəyin. Niyə axı? 2 il əvvəl nömrəm yanıb. Mən də başqa nömrə almışam. Guya həmin nömrədə borc yığılıb. Onlar mənə qarşı bunu necə edə bilərlər? Mən 1 il Azercell-in siması olmuşam”.
Azercell-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, bu, abonentlə şirkət arasında yaşanan məsələdir və bu haqda mediaya məlumat verilmir.
Aytən Sadıqzadə
www.oxu.az