Müğənni Azəri Günel Zeynalova toyunun nə vaxt olacağı ilə bağlı suallardan yorulduğunu bəyan edib.
Oxu.Az xəbər verir ki, ifaçı İnstaqram səhifəsində “Xahiş edirəm, bəsdir, “toy, toy” dediniz. Toy yoxdur. Qismət nə vaxtadırsa, onda da olacaq”,- deyə şərh bildirib.
Qeyd edək ki, Azəri Günel türkiyəli iş adamı İnanc Başəyməzlə 3 ildir ki, nişanlıdır.

Aytən Sadıqzadə
www.oxu.az