4 dekabr tarixində “Günəşli” neft yatağında baş vermiş bədbəxt hadisə ilə bağlı Azisin konserti təxirə salınıb.
Oxu.Az xəbər verir ki, konsertdə Azislə bəarabər Natavan Həbibi də çıxış etməli idi.Hər iki müğənninin yekdil qərarı ilə 19 dekabrda baş tutacaq konsertin tarixində dəyişiklik edilib.
Hələlik konsertin yeni tarixi açıqlanmayıb.
Azis şəxsi İnstagram hesabında “Alov qüllələri”nin şəklini paylaşaraq “Bağışla Bakı” şərhini yazıb.

Aytən Sadıqzadə
www.oxu.az