Birinci kanal ŞHK-nin “Bakı yığması”nın iştirak etdiyi oyunu yayımlayıb.
Oxu.Az xəbər verir ki, noyabrın 4-də “Qolosyaşiy KiViN” musiqili festivalının efiri baş tutub. Yurmalada keçirilən festivalı ŞHK-nin “Bakı yığması” komandası açıb.
Qeyd edək ki, uzun çəkən fasilədən sonra Azərbaycan bu irimiqyaslı ŞHK-nin tədbirində və Birinci kanalda iştirak edib. “Qolosyaşiy KiViN” festivalında azərbaycanlı komandanın necə zarafat etdiklərini və əgər “Backstreet boys” qrupunun üzvlərindən birinin azərbaycanlı olsaydı, nələrin baş verə biləcəyini çarxın 7:40 dəqiqəsindən başlayaraq görə bilərsiniz.