Xəbər verdiyimiz kimi iyun ayının 6-7-8-də Türkiyənin rəqs qrupu “Anadolu Atəşi” Bakıda konsert proqramı ilə çıxış edəcək.
Oxu.Az gələn ay şəhərimizə təşrif buyuracaq qrup haqqında paytaxt sakinləri arasında ““Anadolu Atəşini tanıyırsınızmı?”, “Rəqsin Sultanlarının hansı şousunda iştirak etmisiniz?” adlı sorğu keçirdi.
50 nəfər şəhər sakini arasında keçirilən sorğudan məlum oldu ki, paytaxt vətəndaşları “Anadolu Atəşi” haqqında kifayət qədər məlumatlıdırlar və qrupun ölkəmizdəki şousunu səbirsizliklə gözləyirlər.
Qeyd edək ki, 1999-cu ildə Mustafa Erdoğanın başçılığı ilə yaranan “Anadolu Atəşi”nin ilk adı “Rəqsin Sultanları” olub. Qrupun yaradılmasında məqsəd Şərqlə Qərbin mədəniyyətlərinin birləşməsi və sülh idi. 90 nəfər gənc rəqqasla fəaliyyətə başlayan qrup 2002-ci ildən dünya turuna başlayıb və 93 ölkədə 3850 şou göstərib, 35 milyondan çox sənətsevər tərəfindən izlənilib.
Xatırladaq ki, Türkiyənin rəqs sultanları “Anadolu Atəşi” Heydər Əliyev Sarayında “The Best of Anadolu Ateşi” adlı proqramı ilə çıxış edəcək.
Konsertin informasiya dəstəyi Oxu.Az İnformasiya Agentliyidir.
Aytən Sadıqzadə
Nüsrət Abdullayev
www.oxu.az