Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Baloğlan Əşrəfov: Kişi kişiyə deyir ki, səni sevirəm
Əməkdar artist Baloğlan Əşrəfov kişi müğənnilərin həmcinsləri ilə duet oxumasından danışıb. Sən demə, müğənni kişi duetlərini normal qarşılamır.
Oxu.Az xəbər verir ki, müğənni “Pərdə” verilişinə açıqlamasında belə deyib:
“Kişinin kişi ilə dueti mənlik deyil. Bütün xanım müğənnilərin qulluğunda hazıram. Əgər təklif gələrsə, Aygün Kazımova kimi xanımla duet oxuyaram. Kişi necə həmcinsi ilə duet oxuyar? Mahnılarda həmişə sevgi sözləri olur. Kişi kişiyə deyir ki, səni sevirəm. Bu, qəbuledilməzdir”.
Aytən Sadıqzadə
www.oxu.az
"Aygün Kazımova" teqi üzrə xəbərlər
Ən çox oxunanlar