Tanınmış müğənni, əməkdar artist Baloğlan Əşrəfov onun ölüm xəbərini yayan şəxsi məhkəməyə verəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Ölkə.Az-a açıqlamasında əməkdar artist özü bildirib: “Axmağın biri ağlına gələni yazıb. Bu iş belə qalmayacaq, məhkəməyə müraciət edəcəyəm”.
Qeyd edək ki, bu gün bəzi saytlarda əməkdar artistin dünyasını dəyişməsi xəbəri yayılıb.