Bakıda keçiriləcək 89-cu “Miss Globe İnternational” müsabiqəsində Azərbaycanı təmsil edəcək gözəlin adı açıqlanıb.
Oxu.Az-ın məlumatına görə, bir neçə gün əvvəl müsabiqədən uzaqlaşdırılan Banu Sücaini model Oksana Rzayeva əvəz edəcək. Bu haqda xəbəri Oxu.Az-a “Z Company” şirkətinin icraçı direktoru Pərviz Əzimzadə verib.
Xatırladırıq ki, Oksana ötən il dekabrın 7-də Riqada keçirilən “Miss Top of the World-2013” beynəlxalq model müsabiqəsində ikinci yeri qazanmışdı.
Aytən Sadıqzadə